Türkiyənin məşhur aktrisası Azərbaycan serialında çəkilir

Türkiyənin məşhur aktrisası Azərbaycan serialında çəkilir

Türkiyənin populyar aktrisası Gülər Öktən İctimai TV-də yayımlanan "Qaranlıqlar çiçəyi" serialında çəkiləcək. SİA-nın məlumatına görə, Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə istehsal etdiyi "Qaranlıqlar çiçəyi" serialının çəkilişləri ilə əlaqədar aktrisa Gülər Öktən Bakıya gəlib. O, tamaşaçılara daha çox Türkiyədə böyük reytinqlə izləyən "Yarpaq tökümü" serialından tanışdır.

İctimai Televiziyada yayımlanan "Qaranlıqlar çiçəyi" serialında hadisələr getdikcə gərginləşir. Elə bu çətin məqamda filmin əsas qəhrəmanlarından olan Azadın anası ona baş çəkməyə gəlir. Maraqla gözlənilən bu qonağın ekran obrazını isə Türkiyənin populyar aktrisası Gülər Öktən yaradacaq. Gülər Öktən tamaşaçılara "Yarpaq tökümü" serialının Cevriyyə xanımı kimi məlumdur. "Qaranlıqlar çiçəyi" filmində aktrisanın hansı xarakterdə görünəcəyi hələlik sürprizdir.

Gülər Öktən böyük türk kinosunda onlarla irili-xırdalı obrazlar yaradıb. O, Kemal Sunal, Şener Şen kimi məşhur aktyorlarla eyni çəkiliş meydanlarını paylaşıb. Bakıya ilk səfəri olsa da, Gülər xanım burada özünü heç də yad hiss etmədiyini bildirib.


Tamaşaçılar Gülər Öktənin çəkildiyi rolu serialın 7-ci bölümündən etibarən ekranda görə biləcəklər. Gözlənilməz hadisələr düyünündə öz həyat yolunu çizməyə çalışan serial qəhrəmanları isə öz sevgi və məqsədləri uğrunda mübarizələrini davam etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com