“Xalça” beynəlxalq onlayn jurnalının təqdimat keçirilib- FOTO
Bu gün \"Azərbaycan Xalçaçıları\" İctimai Birliyinin təsis etdiyi "Xalça" beynəlxalq onlayn jurnalının (www.xalca.az) təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Xalça Muzeyinin direktoru Röya Tağıyeva bildirib ki, 3 dildə (azərbaycan, rus, ingilis) təqdim olunan "Xalça" onlayn jurnalının əsas məqsədi dərin köklərə malik olan qədim və müasir Azərbaycan və ümumiyyətlə Şərq xalçaları haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır.
Muzey direktoru onu da vurğulayıb ki, "Xalça" onlayn jurnalında Azərbaycanda və dünyada fəaliyyət göstərən xalçaçılar, müasir dövrdə xalçaçılığın inkişaf şəraiti və istehsalı, ənənəvi xalçaların özəlliklərinin tədqiqi məsələlərinin araşdırılması, xalça sənətinin keçmişinə və bu gününə aid elmi, tarixi və təcrübi məsələlər, xalçaçılıq ənənələrinin qorunub saxlanılması vəziyyəti və problemləri, müasir dövrdə xalçaçılığın gələcək inkişaf və perspektivləri haqqında məlumatlar yerləşdirilib: "Eyni zamanda xalqın dünyagörüşündə, adət-ənənələrində və məişətində xüsusi yeri olan xalça sənətinin dünyada tanıdılması sahəsində aparılan təbliğat işləri - keçirilən beynəlxalq simpoziumlar, elmi konfranslar haqqında məlumatlar jurnalın "Azərbaycan xalçaları", "Simpoziumlar, Konfranslar", "Şərq xalçası", "Sərgilər", "Xəbərlər" rubrikalarında öz əksini tapacaq. Rubrikalarda maraqlı məlumatlarla yanaşı izahlı foto-şəkillər, illustrasiyalar da yerləşdirilib".
Məlumat üçün bildirək ki, "Xalça" beynəlxalq onlayn jurnalının özəlliklərindən biri də ABŞ, İran, İtaliya Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan, beynəlxalq aləmdə tanınmış elm xadimlərinin, xalça mütəxəssislərinin redaksiya heyətində yer almalarıdır.
Qeyd edək ki, onlayn jurnal Mədəniyyət və Turizm Nazirliyi, "Azərbaycan xalçaçıları" İctimai Birliyi tərəfindən təsis olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB