“Eurovision. tv” Azərbaycanın müsabiqədəki iştirakının tarixinə həsr olunan material hazırlayıb – FOTOSESSİYA
"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytı olan "eurovision.tv" Azərbaycanın müsabiqəyə ilk qatılma tarixindən qələbə qazanması barədə ətraflı söz açıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, yazıda Azərbaycanın hər il müsabiqədə iştirak edən təmsilçiləri haqda məlumatlar verilib, Eldar və Nigarın qələbəsi barədə geniş söhbət açılıb.
Hazırlanan materialda 2008-ci ildəki təmsilçilər Elnur Hüseynov və Samir Cavadzadə, 2009-cu ildəki təmsilçilər Aysel Teymurzadə və Araş, 2010-cu ildəki Səfurə Əlizadə və qalibiyyət qazanan Eldar və Nigar barədə geniş məlumat verilir. Eyni zamanda materialda "Eurovision"la bağlı Azərbaycan keçirilən milli seçimlərdən də danışılıb. 4 il müddətində təmsilçilərin hansı yolla seçilmələri, seçimlərdə iştirak edən digər yaddaqalan namizədlər haqda da məlumatlar yer alıb.
Məqalədə Azərbaycanın "Eurovision"da iştirakının ilk ilində 8-ci, ikinci il 3-cü, 3-cü il beşinci və 4-cü il birinci olduğu diqqətə çatdırıb. Eləcə də, təmsilçilərin "Eurovision" səhnəsində ifa etdikləri mahnıların adı da qeyd olunub. Azərbaycan təmsilçiləri 4 il ərzində Avropaya səs salan "Day after day", "Always", "Drip drop" və "Running Scared" mahnıları ilə ölkəmizi təmsil ediblər.
Hazırlanan materialda 4 illik təmsilçiliyimizlə bağlı fotolar da yerləşdirilib. Bu sırada Elnur Hüseynov, Aysel və Araş, Səfurə Əlizadə və Eldar və Nigar olsa da, Samir Cavadzadənin fotosuna rast gəlinmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB