Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Fidan və Xuraman Qasımova bacıları müğənnilik sənətlərinin 30 illik yubileyinə həsr olunan "Sevgi dünyası" adlı konsert keçirilib. SİA-nın məlumatına görə, tədbiri AMEA-nın müxbir üzvü Rafael Hüseynov açıb.
Müğənnilərlə ilk dəfə maestro Niyazinin evində tanış olduğunu söyləyən Rəfael Hüseynov 70-ci illərin unudulmaz xatirələrini salondakılarla bölüşüb. Xuraman Qasımovanın "Liftçi qız" bədii filmindəki rolunu xatırlayan R. Hüseynov vurğulayıb ki, həyatda yüksəkliyə qalxmaq liftdəki kimi bir düyməni basmaqla başa gəlmir. Bunun üçün zəhmət çəkmək lazımdır. O, xüsusi istedada malik bacıların öz üzərlərində daim işlədiklərini qeyd edib.
Konsertdə Fidan və Xuraman Qasımova bacılarını Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Bədii rəhbər və baş dirijor xalq artisti, "Şöhrət" ordenli Rauf Abdullayev olub. Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, həmçinin Fərid Axund-Qasımovun "Sevgi dünyası" əsəri ifa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB