Azərbaycanlı müğənni Belarusu \"Eurovision- 2012\"də təmsil edə bilər- FOTO
Belarusun "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edəcək təmsilçisini seçmək üçün milli seçim turunun final mərhələsinə 5 nəfər vəsiqə qazanıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Belarusun müsabiqə üzrə yayımçı BTRC telekanalı milli seçim turunun final mərhələsində 5 iştirakçının birincilik uğrunda mübarizə aparacağını bəyan edib.
Gənc azərbaycanlı müğənni Günəş Abbasova da Belarusun milli seçim turunun final mərhələsinə vəsiqə qazanan ifaçılar arasındadır. Ölkənin "Evrofest" müsabiqəsinin yarımfinal mərhələsində G. Abbasova sözləri Zəhra Bədəlbəyli, musiqisi isə İsa Məlikova məxsus olan "And morning will come" ("Sabah gələcək") mahnısını ifa edib.
Yanvarın 28-də "Belarus-1" və "Belarus-TV" telekanallarının canlı efirində təmsilçinin müəyyənləşməsi üçün keçiriləcək milli seçim turunun final mərhələsində münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə ölkəni təmsil edəcək ifaçı və mahnının adı açıqlanacaq.
Qeyd edək ki, Belarusun "Eurovision" mahnı müsabiqəsində ən uğurlu nəticə 2007-ci ildə Dmitri Koldunun ifasında "Work your magic" mahnısı ilə altıncı yeri tutması olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB