Eminin növbəti möhtəşəm konserti- FOTOSESSİYA

Eminin növbəti möhtəşəm konserti- FOTOSESSİYA

"Dünyanın müxtəlif konsert salonlarında səhnəyə çıxsam da, Bakıda və xüsusilə bu məkanda olmaqdan hər zaman qürur duyuram\". SİA-nın məlumatına görə, bunu Heydər Əliyev sarayında "Yeni bir şou" adlı layihə ilə çıxış edən müğənni Emin Ağalarov konsertində deyib.


Bakı konsertlərinin hər zaman isti və səmimi notlarla seçildiyini qeyd edən Emin yenə 2 saat müddətində tamaşaçılarını mükəmməl performans və canlı ifası ilə sehrləyib. İfaçını səhnədə altı musiqiçi və üç bek-vokal müşayiət edib. Konsert müddətində tamaşaçılarla səmimi ünsiyyət quran Emin yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə arzularını elə səhnədən onlarla paylaşdı. Bakı konserti ilə dünya turnesinə start verən müğənni qarşıdakı səfərlərindən də danışıb.


Müğənni ilə eyni səhnəni Evrovision-2011 Mahnı Müsabiqəsinin qalibləri Eldar və Nigar da paylaşıb. Onlar müsabiqədə Azərbaycana birincilik qazandıran "Runing scared" mahnısını ifa ediblər.


Emin ənənəsinə sadiq qalaraq, bu konsertində də unudulmaz sənətkar Müslüm Maqomayevi yad edib.\"Müslüm Maqomayevlə duet konsertin əsas məqamlarından idi. Çox şadam ki, o alındı. Burada çox çətin texniki fəndlər tələb ounurdu. Çünki canlı orkestr ekranda nümayiş olunan lentyazısının müşaiyəti altında ifa etməli idi\".


Tamaşaçıların alqışı və təkidi ilə dəfələrlə səhnəyə qayıdan Emin həm sonuncu albomundan, həm də ən yeni mahnılarını səsləndirib. Konsertindən gələn gəlir Nardaranda yerləşən 130 saylı məktəbin təmir işlərinin yekunlaşdırılmasına sərf olunacaq. Bu işdə ona dəstək olduqları üçün Emin tamaşaçılarına təşəkkürünü bildirib. "Mənim üçün musiqi fotoqrafiyadır. Hər bir mahnım foto kimi həyatımın müəyyən anlarını, əhval-ruhiyyəsini əbədiləşdirir",- deyən Emin sevdiklərinə ürək sözlərini mahnıları ilə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə