“Eurovision-2012”in keçiriləcəyi səhnə və «green room» hazırdır

"Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinə hazırlıq işləri davam edir. "Eurovision-2012" təşkilat komitəsindən SİA-ya verilən məlumata görə, artıq müsabiqə keçiriləcək səhnə və "green room"un bir neçə konsepsiyası hazırdır. Bu konsepsiyalar öz möhtəşəmliyi və dizaynına görə əvvəl keçirilən bütün "Eurovision" müsabiqələrindən fərqlənir.


Müsabiqədə nümayiş olunacaq şounun da konsepsiyası da hazırlanır. Azərbaycanın qədim tarix və mədəniyyətini əks etdirəcək şounun tərtibatı möhtəşəmliyi ilə seçiləcək. Səhnənin quruluşunda isə xüsusi işıqlandırmadan istifadə olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə