\"Nizami\" Kinoteatrının adı dəyişdirildi

\"Nizami\" Kinoteatrının adı dəyişdirildi

Nizami kinoteatrı bundan sonra Kino Mərkəzi adlanacaq. Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov deyib.

Dekabrın 27-də açılışı olacaq kinoteatr qonaqları "Nizami" Kino Mərkəzi kimi qarşılayacaq: \"Kino Mərkəzin açılışında yeni çəkilən, xaricdə istehsal edilən "Muşketyorlar 3D" filmi nümayiş olunacaq. Macəra-ekşn janrında olan bu film Aleksandr Dümanın klassik romanının motivləri əsasında "Şər iqamətgahı 3D" filminin rejissoru tərəfindən çəkilib. Filmin rollarında Loqan Lerman, Mila Yovoviç, Metyu Makfeyden, Rey Stivenson, Lyuk Evans, Meds Mikkelsen, Qabriela Uald, Ceyms Korden, Juno Templ, Freddi Foks, Orlando Blum, Kristof Valts çəkiliblər. Filmin prodüseri Ceremi Bolt, rejissoru Pol Andersondur\".

Bütün xəbərlər Facebook səhifəmizdə