İtaliyada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş konsert keçirilib

İtaliyada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş konsert keçirilib

Milanda Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi fəaliyyət göstərən "Azəri" Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş konsert təşkil olunub.

SİA-nın xəbərinə görə, Milan Dövlət Universitetinin binasında keçirilmiş konsertdə gənc italyan ifaçılar Azərbaycan, İtaliya və digər Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər. Konsert proqramı qonaqların böyük marağına səbəb olub. "Azəri" Mədəniyyət Assosiasiyasının rəhbərlərindən biri, İtaliyada yaşayan azərbaycanlı musiqi müəlliməsi Nəzakət Nuriyeva tədbirdə çıxış edərək, iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti o cümlədən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məlumat verib.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılara Azərbaycan şirniyyatları və italiyan dilində nəşr olunmuş Azərbaycan haqqında jurnal və kitablar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə