Bundan alavə, "Top həm düşər, həm qalxar" sənədli filmi noyabrda İtaliyanın Milan şəhərində keçirilmiş Beynəlxalq idman filmləri festivalında qalib adını qazanıb.
Rejissor filmin Milan şəhərində nümayiş olunmasına göstərdikləri dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Mədəniyyət və Turizm Nazirliyinə xüsusi təşəkkürünü bildirib.
Filmin təqdimatında Bakının "Neftçi" və Moskvanın "Dinamo" komandalarının əfsanəvi hücumçusu Ələkbər Məmmədov, Anatoli Banişevskinin ailəsi, Valeri Hacıyev, Mübariz Zeynalov kimi görkəmli futbol ustaları iştirak ediblər.
Filmin ssenari müəllifləri Arzu Urşan və Aleksandr Balaşov, operatorları Yuri Yermolin və Nadir Mehdiyev, rəssamı Fikrət Ələkbərov, montajçı Sergey Kolmıkov, fotoqraf Elşən Əliyevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB