Akademik Milli Dram Teatrı GUAM ölkələrinin teatrları arasında əlaqələri inkişaf etdirmək məqsədilə layihə həyata keçirir

Akademik Milli Dram Teatrı GUAM ölkələrinin teatrları arasında əlaqələri inkişaf etdirmək məqsədilə layihə həyata keçirir

Krım-Tatar Akademik Musiqili Dram Teatrı Bakıda qastrol səfəri çərçivəsində bu gün qonaq teatr nümayəndələrinin iştirakı ilə Azərbaycan Akademik Milli Dram Teatrında mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən teatrın rəhbəri İsrafil İsrafilov bildirib ki, GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrinin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində sıx əməkdaşlıq əlaqələri yaranmaqdadır.


Onun sözlərinə görə, rəhbərlik etdiyi teatr GUAM ölkələrinin teatrları arasında əlaqələri inkişaf etdirmək məqsədilə layihə həyata keçirir: "Bu layihə GUAM ölkələri arasında uzunmüddətli yaradıcılıq əlaqələrini – qarşılıqlı qastrol səfərlərini, rejissor mübadiləsini, birgə layihələri, texniki heyətin təcrübə mübadiləsini, hər bir ölkədə fəaliyyət göstərən dramaturqların pyeslərinin digər ölkələrin teatrlarında tamaşaya qoyulmasını və digərləri nəzərdə tutur".


Bu gün Krım-Tatar Akademik Musiqili Dram Teatrı kollektivinin ifasında Milli Dram Teatrının səhnəsində xalq yazıçısı Elçinin \"Şekspir\" pyesi əsasında hazırlanan \"Xəstə könül\" tamaşası nümayiş etdiriləcək. Teatrın kollektivi dekabrın 24-dək Bakıda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə