Müşfiq Hətəmov C. Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının yeni direktoru təyin olunub

Müşfiq Hətəmov C. Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının yeni direktoru təyin olunub

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasının direktoru vəzifəsindən çıxıb. Kinostudiyaya yeni direktor təyin olunub. Bunu SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov bildirib.


Onun sözlərinə görə, kinostudiyanın direktoru, xalq artisti Xamis Muradov öz istəyi ilə vəzifəsindən azad olunub: \"Bu vəzifəyə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov təyin edilib. O işinin icrasına bu gün başlayıb. Hətta onu kinostudiyanın kollektivi ilə tanış etmişik. Hazırda kinostudiyada təhvil-təslim gedir\".

Bütün xəbərlər Facebook səhifəmizdə