Ermənistan “Eurovision-2012”də iştirak edəcəkmi?

Ermənistan “Eurovision-2012”də iştirak edəcəkmi?

Ermənistan gələn il Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edib-etməyəcəyini bu ilin sonunda açıqlayacaq. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın "Eurovision" nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan deyib.


Onun sözlərinə görə, "Eurovision-2012"də Ermənistanın iştirak edib-etməyəcəyi məsələ hazırda müzakirə olunur. Yekun qərar isə yeni ilədək keçiriləcək mətbuat konfransında açıqlanacağı nəzərdə tutulur.



Bütün xəbərlər Facebook səhifəmizdə