Bəstəkarlar İttifaqında Azər Dadaşovun yaradıcılığına həsr olunan elmi konfrans keçirilib

Bəstəkarlar İttifaqında Azər Dadaşovun yaradıcılığına həsr olunan elmi konfrans keçirilib

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru Azər Dadaşovun yaradıcılığına həsr olunan musiqi festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival çərçivəsində bu gün Bəstəkarlar İttifaqının konfrans zalında Azər Dadaşovun yaradıcılığına həsr olunan elmi konfrans keçirilib.


İlk olaraq çıxış edən əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva A. Dadaşovun uşaq mahnıları haqqında ətraflı söz açıb.


Məlumat üçün bildirək ki, sabah Bakı Musiqi Akademiyasının böyük zalında BMA-nın 90 illiyinə həsr olunan konsert düzənlənəcək. Konsertdə bəstəkarın xor, kamera-vokal və kamera-instrumental əsərləri səslənəcək. Dekabrın 22-də Kamera və orqan musiqisi zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Teymur Göyçayevdir.


Festival dekabrın 23-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda keçiriləcək "Uşaqlar gələcəyimizdir" konserti ilə başa çatacaq. Konsertdə Azər Dadaşovun uşaqlar üçün yazılan əsərləri ifa olunacaq.


Qeyd edək ki, festivalın təşkilatçıları Azərbaycan Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə