Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Nazirlərinin VII Konfransında iştirak edir

Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair şəhərində İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Nazirlərinin VII Konfransı keçirilir. Konfransda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Bu barədə SİA-ya nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib.


Tədbirdə İƏT-in üzv ölkələri tərəfindən İslam Dünyası üzrə Mədəniyyət Strategiyasının yerinə yetirilməsi, o cümlədən 2009-cu il 13-14 oktyabr tarixində Bakıda keçirilən İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI Sessiyasının qərar və tövsiyələri əsasında həyata keçirilən mədəniyyət və davamlı inkişaf proqramlarına dair hazırlanan milli hesabatların dinlənilməsi nəzərdə tutulur.


İclasın birinci günü nazir Ə.Qarayev konfransa sədrlik etmiş və prosedura uyğun olaraq sədrlik növbəti iki il üçün Əlcəzair tərəfinə təqdim edilib.




Bütün xəbərlər Facebook səhifəmizdə