Bosniya və Herseqovinanın eurovision təmsilçisi məlum olub - FOTO

Bosniya və Herseqovinanın eurovision təmsilçisi məlum olub - FOTO
Gələn il Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edəcək daha bir ölkə öz təmsilçisini müəyyənləşdirib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, adı çəkilən ölkə Bosniya və Herseqovinadır.


Ölkənin müsabiqə üzrə yayımçı BHRT telekanalı musiqi yarışmalarında bir sıra uğurlara imza atan Maya Sarın təmsil edəcəyini bəyan edib.


BHRT telekanalının açıqlamasında o da bildirilib ki, gənc müğənni M.Sar müsabiqədə ifa edəcəyi mahnını özü bəstələyəcək.


Qeyd edək ki, Bosniya və Herseqovina keçən il Almaniyada keçirilən "Eurovision-2011" mahnı müsabiqəsində Dino Merlinin "Geridə məhəbbət" mahnısı ilə 6-cı yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə