Mikayıl Abdullayevin qəbirüstü abidəsi ziyarət olunub

Mikayıl Abdullayevin qəbirüstü abidəsi ziyarət olunub

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Abdullayevin qəbirüstü abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub. SİA-nın məlumatına görə, ziyarətdə Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının nümayəndələri, tanınmış incəsənət xadimləri iştirak ediblər. Mərhum rəssamın ruhuna dualar oxunub, məzarı önünə əklillər qoyulub.


Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyində M. Abdullayevin 90 illiyi ilə əlaqədar onun həyat və yaradıcılığına həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masada çıxış edənlər görkəmli rəssamın Azərbaycan incəsənətindəki xidmətlərindən danışıblar. Bildirilib ki, onun rəsm əsərlərində daha çox 1941-45-ci illərdə kənd əməkçilərinin ağır, narahat, keşməkeşli həyatı əks olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə