İçəri Şəhərdə Vaqif Mustafazədənin anım günü qeyd edilir

İçəri Şəhərdə Vaqif Mustafazədənin anım günü qeyd edilir

Azərbaycanın dünya şöhrətli musiqiçisi Vaqif Mustafazədənin ölümünün 32-ci ildönümü münasibəti ilə bu gün İçəri Şəhərdə Vaqif Mustafazadənin anım günü qeyd edilib. SİA-nın məlumatına görə, bu gün şəhərin qədim hissəsinə müxtəlif kompozisiyalar həsr edən Vaqif Mustafazadənin musiqiləri İçəri Şəhərdə səsləndirilib. Kompozisiyalar arasında bəstəkarın "Şirvanşahlar Sarayı", "Bakılı", "Bakı gecələri" əsərləri də yer alıb.

Bununla yanaşı, Vaqif Mustafazadənin ev muzeyində anım günü münasibəti ilə tədbir də keçirilib. Tədbirdə həmçinin bəstəkarın musiqiləri də ifa olunub.

Qeyd edək ki, Vaqif Mustafazadə İçəri Şəhərdə anadan olub və ömrünün bir hissəsini burada keçirib. Hal-hazırda məşhur bəstəkar və Azərbaycanda caz musiqinin banilərindən olan Vaqif Mustafazadənin ev muzeyi və şərəfinə adlandırılan küçə də məhz İçəri Şəhərdə yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə