Dekabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunmuş "Top həm düşər, həm qalxar" sənədli filminin təqdimatı keçiriləcək.
SİA-nın məlumatına görə, rejissor Arzu Urşan "Top həm düşər, həm qalxar" sənədli filmini bu il "Salnamə" studiyasında çəkib. Kinolent sentyabrda Rusiyanın Lipetsk şəhərində keçirilmiş "Atlant" VIII Beynəlxalq İdman Filmləri Festivalında "Olimpiya İdeallarına Sədaqət" nominasiyasında birinci mükafata layiq görülüb. Eləcə də noyabrda İtaliyanın Milan şəhərində keçirilmiş Beynəlxalq İdman Filmləri Festivalında qalib elan olunub.
Filmin ssenari müəlliflər Arzu Urşan və Aleksandr Balaşov, operatorları Yuri Yermolin və Nadir Mehdiyev, rəssam Fikrət Ələkbərovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB