Bu gün görkəmli bəstəkar, pianoçu, Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi Vaqif Mustafazadənin vəfatının 32-ci il ötür.
SİA-nın məlumatına görə, Vaqif Mustafazadə 16 mart 1940-cı il Bakı şəhərində anadan olub. 1963-cü ildə A.Zeynallı adına musiqi texnikumunu bitirib. O, \"Sevil\" vokal kvartetinin, yeni Caz-Muğam üslubunun yaradıcısıdır. Azərbaycan musiqisinin, muğamın, klassik Amerikan caz musiqisi ilə sintezini yaradan da məhz Azərbaycan Muğam Caz Hərəkatının memarı olan Vaqif Mustafazadədir.
Görkəmli
bəstəkar Azərbaycan Respublikası əməkdar artisti fəxri adına layiq görülüb. Vəfatından
sonra ona Azərbaycan Dövlət Mükafatı laureatı adı verilib.
Xatırladaq ki, Vaqif Mustafazadə 1979-cu ildə
Daşkənddə ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB