Şairə Nəzmiyyə Hicranlının “Haraylar Ana torpaq” kitabının imza mərasimi keçirilib
Bu gün şairə Nəzmiyyə Hicranlının "Haraylar Ana torpaq" kitabının imza mərasimi keçirilib. SİA – nın xəbərinə görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin katibi Ədalət Əsgərov, "Haraylar Ana torpaq" kitabının ön söz müəllifi, şair Adil Cəmil, tənqidçi Vaqif Yusifli, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Həbib Misirov, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB-nın mətbuat katibi Ədalət Əsgərov kitab haqqında danışıb. Onun sözlərinə görə, Nəzmiyyə Hicranlının yazdığı şeirlərdə vətən həsrəti var: "Nəzmiyyə xanım doğma yurdumuz Kəlbəcərdən olduğu üçün şeirlərində vətən nisgili hiss olunur. Şairə xanım kitabında öz duyğularını qələmə alıb".
Tədbirdə söz alan "Haraylar Ana torpaq" kitabının ön söz müəllifi, şair Adil Cəmil Nəzmiyyə Hicranlı haqda öz fikirlərini bildirib. Şair söyləyib ki, N.Hicranlı çox istedadlı şairədir: "İlk öncə şeirlərini mənə təqdim etdikdə fikirləşdim ki, sıradan yazan şairə xanımlardan biridir. Ancaq şeirlərini oxuduqdan sonra anladım ki, Nəzmiyyə Hicranlı Azərbaycanı hər yerdə təmsil edə bilər və fəxr edirəm ki, belə şairələr yetişdirir.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Həbib Misirov tədbirdə çıxış edərək Azərbaycan mədəniyyətinə hər zaman qiymət verdiyini söyləyib: "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi yaranan gündən milli dəyərlərimizi ön plana çəkib və hər zaman mədəniyyətimizin inkişaf etməsi üçün xidmətlər göstərib".
Qeyd edək ki, "Haraylar Ana torpaq" kitabı "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sponsurluğu ilə nəşr olunub.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB