Onun sözlərinə görə, teatrın kollektivi Türkiyənin İstanbul, Ankara, Qars, İğdır və digər şəhərlərində olub və iki tamaşa - yazıçı-dramaturq Aqşin Babayevin ulu öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərindəki siyasi fəaliyyətindən bəhs edən "Xilaskar" və türk yazıçısı Zihni Papaqçının dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunan "Soyqırımı abidəsinin dastanı" əsərlərini göstəriblər\".
Direktor onu da qeyd edib ki, teatrın kollektivi Manisa şəhərində satılan biletlərdən əldə olunan vəsaiti Vanda zəlzələ nəticəsində binası çökən teatrın bərpası üçün Van şəhər valiliyinin hesabına köçürüb.
Bundan başqa, 130-cu mövsümünü uğurlu səfərlə başlayan kollektiv hazırda yeni əsər üzərində işləyir deyən İ. Piriyev: "İşıqlı, nurlu sabah" pyesi əsasında hazırlanan eyniadlı tamaşa dekabrın 24-də Beyləqanda açıq havada yerləşən Dövlətçilik Tarixi Muzeyində tamaşaçılara təqdim olunacaq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB