Alim Qasımov qızı ilə birgə İstanbulda konsert verəcək

Alim Qasımov qızı ilə birgə İstanbulda konsert verəcək
Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə Türkiyənin İstanbul şəhərində konsert verəcək. Bunu SİA-ya açıqlamasında xanəndənin qızı deyib.


Onun sözlərinə görə, konsert dekabrın 16-da Cemal Rəşid Rey konsert salonunda baş tutacaq: \"Bizimlə birlikdə qrup da gedəcək və bu qrup bizi konsertdə müşayət edəcəklər\".


Dekabrın 17-də isə vətənə qayıdacaqlarını deyən əməkdar artist onu da vurğulayıb ki, fevralda böyük bir layihə ilə Amerikada çıxış edəcəklər.


Qeyd edək ki, türk mətbuatı artıq biletlərin qiymətini də yazıb. Belə ki, konsertin biletləri 15-30 lirə arasında satışa çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə