\"Sinplus\" qrupu İsveçrəni \"Eurovision 2012\"-də təmsil edəcək

\"Sinplus\" qrupu İsveçrəni \"Eurovision 2012\"-də təmsil edəcək

İsveçrənin "Evrovision 2012" mahnı müsabiqəsinin milli seçim turu başa çatıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Milli seçim turunun qalibi Sinplus dueti olub.


Duetin üzvləri 2 qardaşdan ibarətdir. Onlar Unbreakable (Sarsılmaz) mahnısını ifa edib. Pop-rok üslubunda yazılan \"Unbreakable\" mahnısı Evrovision 2012 mahnı müsabiqəsi üçün rəsmi olaraq seçilən ilk mahnıdır.


Proqram zamanı əvvəlcə ilk 3 – lük - Chiara Dubey, IVO və Sinplus elan edilib. Daha sonra isə "Bakı 2012" yazılan zərf aparıcı tərəfindən açılıb və telesəsvermə vasitəsilə Sinpuls qrupu qalib elan olunub.


Sinplus iki qardaş olan Ivan və Gabriel – in yaratdığı duetdir. Onlar ilk dəfə musiqi ifa etməyə atalarının təcrübə otağında başlamışlar. Daha sonra isə San Diego və Los Angeles - ə köçmüş, geriyə - İsveçrəyə bütöv bir musiqi təcrübəsi ilə qayıdıblar. İndi isə onların növbəti təyinatı Bakıyadır.


Bütün xəbərlər Facebook səhifəmizdə