Çernoqoriya “Eurovision-2012”də iştirak edəcək təmsilçisini müəyyənləşdirib- FOTO
"Eurovision-2012" mahnı müsabiqəsində iştirak edəcək daha bir ölkə öz təmsilçisini müəyyənləşdirib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Çernoqoriyanı "Eurovision-2012"də Rambo Amadeus adlı müğənni təmsil edəcək. Bu qərarı Çernoqoriyanın müsabiqə üzrə milli yayımçısı RTCG kanalı verib.
R. Amadeus bundan əvvəl ölkəni təmsil etmək üçün üç dəfə - 2007, 2008 və 2009-cu illərdə milli seçim turuna qatılıb. O, 1963-cü ildə anadan olub, ölkənin tanınan sənətçilərdən biridir.
Qeyd edək ki, sonuncu dəfə Çernoqoriya 2009-cu ildə "Eurovision"da iştirak edib. Həmin il ölkəni Andrea Demiroviç təmsil edib. Lakin o, yarımfinalda 11-ci yeri tutaraq yarışla vidalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB