Ə.Qarayev Dohada keçirilən BMT Sivilizasiyalar Alyansının 4-cü illik Forumunda iştirak edir

Ə.Qarayev Dohada keçirilən BMT Sivilizasiyalar Alyansının 4-cü illik Forumunda iştirak edir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Dohada keçirilən BMT Sivilizasiyalar Alyansının 4-cü illik Forumunda iştirak edir. Bu barədə SİA-ya nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib.


Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini İşlər üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları daxildir.


Ə.Qarayev Turizm və səyahətlərin sivilizasiyalar arası münasibətlərdə rolu mövzusunda keçirilən sessiyada çıxış edıb. Çıxışı zamanı Ermənistanın işğalçılıq fəaliyyətinin turizmin inkişafına vurduğu ziyanı vurğulanıb. Sessiyanın sədri Dünya Turizm Təşkilatının baş direktoru Taleb Rifai olub.


O, "Münaqişələrin transformasiyası - Xoşbəxt gələcəyin qurulmasında tarixi öyrətməyin rolu" mövzusunda keçirilən sessiyada çıxış edərək Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsinə və onun regionda sülhə təsirini xüsusilə qeyd edib.


Ə.Qarayev çıxışlarında Azərbaycanın mövqeyi və 2013-cü ildə keçiriləcək Dünya Forumu haqqında iştirakçıları məlumatlandırıb.




Bütün xəbərlər Facebook səhifəmizdə