Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik yaşlı tamaşaçıların və məktəblilərin səbrsizliklə gözlədiyi Yeni il şənliklərində balaca dostlarını yeni tamaşa və sürprizlərlə zəngin əyləncəli proqramla qarşılayacaq. Bu barədə SİA-ya teatrdan məlumat verilib.
Teatr şənliklərində olunmaq üçün "Cupbulu əjdaha" adlı musiqili əyləncəli tamaşa üzərində yaradıcılıq işinə start verib. Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatı Nicat Kazımov, səhnələşdirilmənin müəllifi Kamran Ağabalayevdir.
Rolları teatrın gənc aktyorları Müşfiq Əliyev, Roza İbadova, Elgün Yəhyayev, Anar Seyfullayev, İradə Rəşidova, Vahid Orucoğlu, Anar Səfiyev, Eşqin Quliyev və başqaları ifa edəcəklər. Bundan başqa həmişə olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanan yeni il proqramına dəvət edəcəklər. Proqramda Nicat Kazımov (Şaxta baba), Günel Məmmədova (qar qız), Elnur Kərimov, Elnur Hüseynov, İlham Əsədov, Manaf Dadaşov və başqaları iştirak edəcəklər.
Balaca dostlarımızı daha hansı sürprizlər gözləyir? Bunu isə şənliyə gələndə görəcəklər! Yeni il şənliklərinə həsr olunan xüsusi bayram proqramı dekabrın 29-dan, 2012-ci il yanvar ayının 6-dək, saat 10.00, 12.00, 14.00, 16.00 və 18.00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB