Gənc rəssamların əsərləri izləyənlərin marağına səbəb olub- FOTO
O vurğulayıb ki, ölkəmizdə mədəniyyətin bütün sahələri prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqətindədir: \"Uşaqların yaradıcılığı üçün geniş imkan yaradılıb\".
Balaca rəssamların Azərbaycanın görkəmli ziyalıları, nəğməkar şair Ənvər Əlibəylinin və gözəl cərrah, bəstəkar İbrahim Topçubaşovun nəticələri olduqlarını söyləyən Ağəli İbrahimov onların rəsmlərini yüksək qiymətləndirib və Rəssamlar İttifaqının adından təbrik edib.
Digər çıxışlarda da qardaş və bacı- Şahin və Əminə Əlibəylilərin istedadından danışılıb. Tədbirdə o da qeyd edilib ki, 10 yaşlı Şahinin artıq ikinci sərgisi təşkil edilib. Onlar indiyədək bir çox müsabiqə və sərgilərin iştirakçısı olub, müxtəlif diplomlara layiq görülüblər.
Sonra sərgiyə baxış keçirilib.
Qeyd edək ki, dekabrın 29-da Şahin və Əminə Əlibəylilərin qalereyada növbəti sərgiləri açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB