Bakıda \"Kiçik ev\" 3D formatında

3D və milli formatda "Kiçik ev" adlı cizgi filmi çəkilir. SİA-nın məlumatına görə, animasiyanı ekranlaşdırmaq isə Azərbaycanın bir çox məşhur cizgi filmlərini çəkən Elçin Axundova həvalə olunub.

Məlumat üçün bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən animasiya filmi 3D formatında olacaq. Layihə ilə bağlı bütün hazırlıq işləri artıq başa çatıb. Çəkilişlər isə hələ 8 ay davam edəcək.

Qeyd edək ki, Elçin Axundov "Tıq- tıq xanım", "Meşəyə insan gəlir", "Cücələrim" kimi cizgi filmlərinin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə