Macarıstan \"Eurovision- 2012\" təmsilçisinin seçimlərinə başlayıb
Macarıstan \"Eurovision- 2012\" mahnı müsabiqəsində iştirak edəcək təmsilçisinin seçimlərini aparır. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, iştirakçılar 2 yarımfinal və 1 final mərhələsində öz ifalarını təqdim edəcək.
Macarıstan ictimai yayım şirkəti olan MTV telekanalının proqram direktoru Filip Rakay (Philip Rakay) keçirilən mətbuat konfransında milli seçim planlarını təqdim edib və səsvermənin dekabrın 20-dək davam edəcəyini bildirib.
Münsiflər heyəti həmçinin Macarıstan təmsilçisinin ifa edəcəyi mahnını seçməlidir. Mahnılar dekabrın 20-dək qəbul olunacaq.
MTV-nın Baş direkrotunun müavini Ferens L. Gazsó \"Eurovision Mahnı Müsabiqəsində 12-ci dəfə iştirak edəcəyimizdən qürur duyuruq\" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB