Bu gün Sumqayıt Musiqili Dram Teatrınında Beynəlxalq Diaspora Mərkəzi İrəvanın tarixinə, mədəniyyətinə və folkloruna hərs olunan "Biz mütləq qayıdacağıq" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə həmçinin İrəvan xalqının keçmişinə həsr olunan tarixi eksponatlar nümayiş olunub.
Daha sonra şəhidlərin əziz xatirəsi 1 dəqiqə sükutla yad olunub və himn səsləndirilib. Ardınca mərkəzin İrəvan departamentinin rəhbəri Əziz Ələkbərli bildirib ki, İrəvan xanlığı dedikdə tək İrəvan deyil, eləcə də Zəngəzur, Dərələyəz, Qaraqoyunlu və ümumilikdə bütöv Azərbaycan torpaqlarını nəzərdə tutmalıyıq: "Biz bu tarixi heç vaxt yaddan çıxartmamalıyıq. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci gəlişi ilə Azərbaycanda deportasiyaya və soyqırıma siyasi-hüquqi qiymət verilərək son qoyuldu".
Tədbirdə həm də qeyd edilib ki, mərkəz hər il dekabr ayında İrəvan xanlığı ilə bağlı bu kimi tədbirlər təşkil edir.
Daha sonra Azərbaycan və İrəvanın dövlət bayraqları zala gətirilib və Azərbaycanda törədilən soyqırımlarla bağlı film mnümayiş olunub.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB