Bu gün Azərbaycan İstiqlal Muzeyində \"İlk hərbi andımız\" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, 1991-ci ildə dekabrın 8-də yeni təşkil olunan milli ordumuzun əsgərləri ilk hərbi andiçmə mərasimini Şəhidlər Xiyabanında keçiriblər.
Onun sözlərinə görə, bugünkü tədbir də həmin mərasimin 20-ci ildönümünə həsr olunub.
Tədbirin sonunda sərgi ilə tanışlıq və sənədli filmin nümayişi olub.
Qeyd edək ki, tədbirdə ehtiyatda olan polkovnik- leytenant Seyidağa Mövsümlü, istefada olan general Dadaş Rzayev və başqaları iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB