“Hilton Baku”ya lisenziya verildi

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "TDT Travel" MMC-yə turizm fəaliyyəti ilə məşğul olmaq üçün, "Hilton Baku" mehmanxanasına mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi lisenziya verilib. Nazirliyin turizm şöbəsindən verilən məlumata görə, qərarlar Mədəniyyət və Turizm Nazirliyinin əmri əsasında həyata keçirilib.


Bundan başqa Mədəniyyət və Turizm Nazirliyinin ekspert qrupu Astara şəhərində fəaliyyət göstərən "Şindan" mehmanxanasını və Lənkəranda "AB Qala" mehmanxanasını müvafiq təsnifatdan keçirmək və ulduz kateqoriyası vermək məqsədilə hər iki məkanda baxış keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə