Milli Məclisin (MM) deputatı, SSRİ xalq artisti Zeynəb Xanlarova dekabrın 8-dən 11-dək Moskvada səfərdə olacaq. MM-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Z.Xanlarova MDB-nin 20 illik yubileyi münasibətilə keçirilən SSRİ xalq artistlərinin görüşünə dəvət edilib.
Tədbirin təşkilatçısı MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondudur. Z.Xanlarova görüşdə tarixi-mədəni irsin qorunması və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsində iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB