İlhamə Quliyevanın səhhətində problem yaranıb

İlhamə Quliyevanın səhhətində problem yaranıb

Azərbaycanın xalq artisti İlhamə Quliyevanın səhhətində problem yaranıb. Bu barədə məlumat verən mənbə bildirib ki, xalq artisti hazırda Moskvadakı xəstəxanaların birində müalicə olunur. Mənbə bildirir ki, Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənnilərdən bir çoxu İlhamə Quliyevanı xəstəxanada ziyarət edib.


İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli müğənninin hazırda Moskvada olduğunu təsdiqləyib. Lakin onu da əlavə edib ki, xalq artisti Rusiya paytaxtına səhhəti ilə bağlı getməyib.


"İlhamə xanım Moskvadadır. Hər il olduğu kimi, bu il də o, sanatoriyalardan birinə dincəlməyə gedib. Bir həftədən sonra Bakıya qayıdacağı gözlənilir", - deyə F.Ələkbərli vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə