Şəkilləri 352 min dollara satıldı

Amerikalı məşhur aktrisa Merlin Manronun çəkildiyi fotosessiyalardan olan kadrlar çıxarılan hərracda 352 min dollara satılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, \"Juliens\" hərrac evində təşkil olunan hərracda satılan şəkillər aktrisa hələ məşhur olmamışdan əvvəl çəkilib.

Sentyabr ayında baş tutan məhkəmədə fotoqraf Cozep Casqurun borclarını ödəmək üçün şəkilləri hərraca çıxartması hökmü verilib.

Məşhur aktrisanın şəkilləri ilə yanaşı, muzeydə həm də dünyaca tanınmış müğənni Ladi QaQaya məxsus paltar 31, ingilis musiqiçisi Con Lennonun 1969-cu ildə çəkdiyi karikatura isə 90 min dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə