Ağadadaş Qurbanov - 100

Dekabrın 20-də Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, teatr və kino aktyoru, xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib.

Məlumata görə, tədbirdə sənətkarın vaxtı ilə birgə çalışdığı teatr və kino xadimləri onunla bağlı xatirələrini bölüşəcək, çəkildiyi filmlərdən kadrlar nümayiş etdiriləcək.

Tədbirin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, ssenari müəllifi əməkdar artist Azər Mirzəyevdir. Təntənəli mərasimdə böyük sənətkarın hələ məktəbli ikən yaradıcılığa başladığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram və Musiqili Komediya Teatrlarının aktyorlarının iştirakı nəzərdə tutulub. Ağadadaş Qurbanovun yaradıcılıq yolu Dövlət Gənc Tamaşaçılar Teatrının yaranma tarixi ilə birgə başlayıb.

Qeyd edək ki, yubiley tədbiri Mədəniyyət və Turizm nazirinin xüsusi əmri və dəstəyi ilə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə