Bəstəboy Natiq Fərzəliyev: “Mənə söylədilər ki, səndən aktyor çıxmaz” - MÜSAHİBƏ-FOTOSESSİYA
Səs Tv-də "Səsiniz gəlsin" verilişinin növbəti qonağı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Natiq Fərzəliyev oldu.
Bəstə boyu ilə seçilən aktyor ömrünün 50 ilində baş verənləri bizimlə bölüşdü. Balaca boyu olmalısana baxmayaraq Natiq bəy olduqca şən və həyat eşqi ilə yaşayan bir insandır.
- Balacaboy aktyorun səhnəyə böyük sevgisi hardan yaranıb?
- Uşaqlığımdan teatra bağlanmışam. Orta məktəbdə oxuyan zaman Xalq Teatrına dəvət aldım. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra problemlərlə qarşılaşdım. Bir neçə özəl studiyalar yaranmışdı. Arif Ağayevin, Eldəniz Zeynalovun teatrları var idi və bir müddət orda işlədim. 1993-cü ildə Dövlət Gənclər Teatrına gəldim. 20 ilə yaxın orda fəaliyyət göstərdim. İslahatlar aparıldı və 3 teartı - Gənc Tamaşaçılar Teatrını, Dövlət Gənclər Teatrını, Kamera Teatrını birləşdirdilər. Artıq 3 ilə yaxındır ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adı altında fəaliyyət göstərir. Birləşdikdən sonra bir kollektivdə işləyirik və tamaşalarda bir yerdə oynayırıq. Səhnəni sevirəm.
- Ancaq bildiyimiz qədər aktyorluğa doğru getdiyiniz yol bir az çətin olub
- Hə, problemlərim çox olub. Mənə söylədilər ki, səndən aktyor çıxmaz. Ancaq mən üzərimdə çalışdım və sübüt etdim ki, uca boy aktyorlardan keç də geri qalmıram. Mən alçaq deyiləm, bəstə boyam. Boyuma görə problemlər yaşamışam. Qapılar üzümə bağlı olub. Mübarizə apararaq artıq o səddi keçmişəm. Boyu uzun aktyorlar mən oynadığım obrazı yarada bilmirlər, bilməzlər. Həyatdı, bilmək olmur hər kəsin başına iş gələ bilər.
- Məncə ailə həyatı quranda da problemlər yaşamısınız?
- Evlilik məsələsi ən yaralı yerim olub. Hansısa aktyorun xanımı olmaq çox çətindir. Çünki günlərlə evə gələ bilmirəm və ya gec gəlirəm. Toylarda və səfərlərdə oluram. 1992-ci ildə mart ayının birində toyum olub. Fevral ayının 26 Xocalı hadisəsi baş vermişdi və həmin hadisədən sonra 3 gün matəm elan etdilər. Bizim toyumuzda vağzalı çalınmadığı üçün xanımımı və ya mənim ad günümdə vağzalı çaldırıb oynadırlar. Ancaq biz biri-birimizi sevmişik. Gənc yaşlarımda boyuma görə narahat idim. Təzə evlənəndə də pis olurdum. Ancaq indi mənim üçün heç nəyin fərqi yoxdu.
Təzə evlənəndə yoldaşım hiss edirdi ki, onun yanında gedəndə sıxılıram. Xanımım mənim sıxıldığımı hiss edərək bildirdi ki, mən səni sevib gəlmişəm heç kimdən və heç nədən sıxılma. Yoldaşım müsahibələrinin birində bildirmişdi ki, Natiq mənim üçün Koroğludur, Babəkdir.
Ailə həyatından söz saldınız, mənim də lətifə yadıma düşdü. Mənim kimi kişilərdən biri evə gec-gec gəlirmiş və evdə çox az görünürmüş. Qadını deyir ki, kişi evə gec-gec gəlirsən sənin üzünü uşaqlar görmür. Kişi xanımına bildirir ki, dostlarımla bir yerdə əyləşib yeyib-içirik. Qadını deyir ki, sabahdan saat 8-dən evə gec gəlsən qapını açmayacam. Artıq bu evdə ağa mənəm. Kişi arvadının bu sözündən əsəbləşərək şillə vurur və qadın yerə uzanır. Arvad yerə yıxılanda qəfildən qardaşı gəlir. Soruşur ki, bacım niyə evin ortasına yıxılıb, neyləmisən ona? Kişi də cavab verir ki, evin ağası odur, ürəyi harda istəyir, orda da uzanır (ürəkdən gülərək).
Söhbətimizə aktyorun həyat yoldaşı Nərgiz Fərzəliyeva da qoşuldu.
- Natiqə qiymət verdiyim üçün onunla ailə həyatı qurmuşam. Fikirləşirəm ki, başqası ilə ailə həyatı qursaydım xoşbəxt ola bilməzdim. Natiqlə yol gedəndə yadıma düşmür ki, bəstəboy insanla yol gedirəm. O, mənim üçün hündür boylu insandır. Onun boyunun balacalığı haqqında mənim yanımda danışanda hirslənirəm. Başqaları tərəfindən kimsə deyəndə özümə təhqir hesab edirəm.
Nərgiz xanımın yanında oturan uşaqlar da ataları haqda danışmaq istədilər
Qızı Ləman Fərzəliyev: "Atam çox yaxşı insandır. Ailəsini və millətini sevən vətənpərvər şəxsiyyətdir. Çox gözəl aktyordur.
Oğlu Kənan Fərzəliyev: "Atamı dünyalar qədər çox sevirəm. Onunla fəxr edirəm".
Fotolar müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB