Orxan Kərimli \"Eurovision-2012\"nin Milli seçim turunun ilk həftəsinin qalibi oldu- FOTO

Orxan Kərimli \"Eurovision-2012\"nin Milli seçim turunun ilk həftəsinin qalibi oldu- FOTO
\"Eurovision-2012\"nin Milli seçim turunun ilk həftəsinin qalibi bəlli oldu. SİA-nın məlumatına görə,\"Eurovision-2012\"nin Milli seçim turunda iştirak hüququ qazanan ifaçılar bu gün İctimai TV-nin efirində sonuncu performanslarını göstəriblər.


İştirakçılar rəngarəngliyi ilə yadda qalan şou nümayiş etdiriblər. Bu gün ifaların fərqliliyinə görə seçim həftəsinin ən yaddaqalan günü hesab edilib. Həftə ərzindəki çıxışların yekunu-yəni qalibi isə Orxan Kərimli olub.


Orxan Kərimli digər 8 iştirakçıdan çox səs toplayaraq ilk həftənin birincisi seçilib. O. Kərimli həm münsiflərin, həm də tamaşaçıların səs verməsi nəticəsində bu yerə layiq görülüb.


Qeyd edək ki, sonuncu yerdə 2 səslə Anastasiya Bedritskaya, 8-ci yerdə 3 səslə Orxan Mirzəyev, 7-ci yerdə 4 səslə Canana Zeynalova, 6-cı yerdə 5 səslə Amil Qocayev, 5-ci yerdə 6 səslə Kənan Qədimov, 4-cü yerdə 7 səslə Ramin Quliyev, 3-cü yerdə 8 səslə Səmra Rəhimli, 2-ci yerdə 9 səslə Elnarə Həsənova qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə