\"Azərbaycanın kino salnaməsi\" - FOTOSESSİYA

\"Azərbaycanın kino salnaməsi\" - FOTOSESSİYA
Bu gün Muzey Mərkəzinin sərgi qalereyasında \"Azərbaycanın kino salnaməsi\" adlı fotosərgi keçirilib. SİA-nın məlumatına görə, sərgidə Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq rəssamı Ağaəli İbrahimov, Cəfər Cabbarlı adına \"Azərbaycanfilm\" Kinostudiyasının direktoru, xalq artisti Xamiz Muradov və başqaları iştirak edib.


İlk olaraq çıxış edən Film Fondunun direktoru C. Quliyev bildirib ki, 113 yaşlı Azərbaycan kinosu bu uzun zaman kəsiyində şərəfli yol keçib, milyonların zövqünü oxşayıb: \"Bu müddət ərzində 300-dən artıq bədii film, yüzlərlə kinoxronikal süjet və sənədli filmlər çəkilib. Sərgidə istifadə olunan fotolar ömrünün 50 illiyini fotoqraf- rəssam kimi Azərbaycan kinosuna həsr edən əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin şəxsi kolleksiyasındadndır\".


C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru, xalq artisti Xamis Muradov deyib ki, Pərviz Quliyev 1961-ci ildən kinostudiyada çalışır. Foto sexin rəisi, Dövlət Film Fondunun foto arxiv üzrə baş məsləhətçisidir.


Məlumat üçün bildirək ki, Pərviz Quliyev \"Mən ki, gözəl deyildim\", \"Gün keçdi\", \"Şərikli çörək\", \"Alma almaya bənzər\" və bir sıra filmlərimizin fotoqraf- rəssamıdır.


Qeyd edək ki, fotosərgi Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə