Ağsuda Beynəlxalq Əlillər günü qeyd edilib- FOTO

Ağsuda Beynəlxalq Əlillər günü qeyd edilib- FOTO

3 dekabr Beynəlxalq Əlillər günü münasibətilə Ağsu Rayon Mədəniyyət evində tədbir keçirilib. GÜLSAM Əlillər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə reallaşan tədbir Dövlət Himni ilə açıq elan edilib. GÜLSAM Əlillər təşkilatının sədri Gülnarə Səlimova çıxış edərək, keçirilən belə tədbirlərin məqsəd və əhəmiyyətindən söz açıb. O qeyd edib ki, qabaqcıllıq hər sahədə olduğu kimi əlillərimizə olan isti münasibətdə də hiss olunmaqdadır: "Rayonumuzda mövcud olan belə örnək və nümunə göstəriləcək vəziyyət bizi cox sevindirir".

Gülnarə Səlimova rəhbərlik etdiyi təşkilatın fəaliyyəti dövründə bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etdiyi layihələrdə də 2 dəfə qalib olduqlarını vurğulayıb: "Dövlət dəstəyi ilə 2010-cu ildə 14 əlilin pulsuz olaraq kompüter biliklərinə yiyələnməsinə nail ola bilmiş və 2011-ci ildə 14 əlilimizin sosial durumlarının yüksəldilməsi istiqamətində zəruri biliklərə yiyələnmələri və maarifləndirilmələri üçün layihəni uğurla başa vurmuşuq. Bu nailiyyətlərindən arxayınlaşaraq kifayətlənməmiş, şəxsi imkanları hesabına 100-lərlə ağsulu əlil vətəndaşlarımızın kamil şəkildə kompüter biliklərinə yiyələnmələrinə müvəffəq ola bilmişdir. Eyni zamanda GÜLSAM ƏRİB-in nəzdində təşkil edə bildiyimiz tikiş sexində 2 nəfər şəhid ailəsini, 1 nəfər Qarabağ əlilini və 1 nəfər 2 ci qrup əlili işlə təmin edə bilmişik".

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təmsilçisi, əlillərlə işləyən könüllü Sevinc Əliyeva çıxış edərək təmsil etdiyi qurumun keçirdiyi layihələrin məqsəd və əhəmiyyətindən danışıb: "2010-cu ilin yanvar ayından fəaliyyətə başlayan birliyin əsas vəzifələrindən biri də müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirməkdir.

Qeyd edək ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şəhid ailələri, Qarabağ əlilləri, Çernobıl əlilləri və bu qəbildən olan ağsulu vətəndaşlar iştirak edib.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə