Bu gün \"Eurovision-2012\"nin Milli seçim turunun ilk həftəsinin qalibi elan olunacaq
Bu gün \"Eurovision-2012\"nin Milli seçim turunun ilk həftəsinin qalibi elan olunacaq. SİA-nın məlumatına görə, \"Eurovision-2012\"nin Milli seçim turunda iştirak hüququ qazanan ifaçılar bu axşam İctimai TV-nin efirində sonuncu performanslarını göstərəcək.
İştirakçılar rəngarəngliyi ilə yadda qalan şou nümayiş etdirməlidir. Bu gün ifaların fərqliliyinə görə seçim həftəsinin ən yaddaqalan günü hesab edilir. İştirakçılar artıq efir ərəfəsindəki məşqlərini başa çatdırıb. Həftə ərzindəki çıxışların yekunu-yəni qalib sabah bəlli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB