“Eurovision-2012” mahnı müsabiqəsində Fransanı Anggun təmsil edəcək - FOTO
Gələn il Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində Fransanın kimin təmsil edəcəyi məlum olub. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, İndozeniya əsilli Anggun Fransanı ölkəmizdə təmsil edəcək.
Müğənni Fransanı təmsil edəcəyinə çox sevindiyini bildirib: "İnanıram ki, Fransanı müsabiqədə layiqincə təmsil edəcəyəm".
Məlumat üçün bildirək ki, indoneziyalı müğənni və bəstəkar hazırda Fransada yaşayır. Baxmayaraq ki, Anggun İndoneziyada doğulub, ancaq müğənni həm ingilis həm də fransız dilində sərbəst danışa bilir.
Qeyd edək ki, Fransa ilk dəfə 1956-ci ildə keçirilən \"Eurovision\" mahnı müsabiqəsində iştirak edib və demək olar ki, müsabiqənin yaradıcılarından biridir. Fransa müsabiqə tarixində 5 dəfə birincilik qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB