\"Eurovision-2012\" Milli seçim turunun iştirakçıları bu gün Azərbaycan musiqisi ifa edəcək
\"Eurovision-2012\" Mahnı Müsabiqəsinin Milli seçim turunun 9 nəfər iştirakçısı bu gün Azərbaycan musiqisi ifa edərək performanslarını təqdim edəcəklər. SİA-nın itv.az saytına istinadən verdiyi məlumata görə, yarışmanın ikinci günü bu gün 21.00-da İctimai TV ilə canlı yayımlanacaq.
Xatırladaq ki, Milli seçim turunda 72 nəfər iştirak hüququ qazanıb. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. Bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək.
İştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan Milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstərəcəklər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB