“Diazepam”

Dekabrın 1-də Müasir İncəsənət Mərkəzində "Diazepam" adlı sərginin açılışı olacaq. SİA-nın məlumatına görə, sərgidə gənc rəssamlar Reza Həzare, Nurxan Məmmədov, Arif Əmirov, Bəhruz Kəngərli və gənc rejissor Həmid Aminzadənin işləri nümayiş olunacaq.


Sərgidə rəngkarlıq, rəsm, video instalyasiya və animasiya nümunələri izləyicilərətə təqdim ediləcək. Həmçinin sərginin açılışında canlı bluz gitara ifası sədaları altında gənc rəssamlar "Rəngləri Hiss Et" adlı canlı performans da göstərəcək.


Sərgi 5 dekabr tarixinə qədər Müasir İncəsənət Muzeyində davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə