“Nizami” kinoteatrı tamaşaçılarla ilk görüşə hazırlaşır

“Nizami” kinoteatrı tamaşaçılarla ilk görüşə hazırlaşır

Noyabrın 24-də "Nizami" kinoteatrının təntənəli açılışı olub. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bərpa edilən baxış zalları, texniki xidmətlər təqdim edilib.


Hazırda yeni müəssisənin nizamnaməsinin təkmilləşdirilməsi, mürəkkəb kino-texnoloji avadanlığı istismar edə biləcək mütəxəssislərlə ştat vahidlərinin komplektləşdirilməsi, eləcə də repertuarın formalaşdırılması üzrə işlər davam edir.


Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın SİA-ya verdiyi məlumata görə, dekabrın sonunda nazirlik tərəfindən bərpa edilən "Nizami" kinoteatrının təntənəli təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə