SİA-nın məlumatına görə, teatrın 84-cü mövsümdə ikinci premyerası olan bu tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Səhnə əsərinin quruluşçu rəssamı Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurdjidze, Plastik həll və rəqslərin quruluşu Rusiyanın Əməkdar İncəsənət Xadimi Sergey Qrisaya məxsusdur.
Yeni səhnə əsərində əsas rolları Günel Məmmədova (Cülyetta), Elnur Kərimov (Romeo), Əməkdar artistlər Seyidşah Məmmədov, Şövqi Hüseynov, Leyli Vəliyeva, aktyorlar Rəşad Səfərov, Məhərrəm Musayev, Şəfəq Əliyeva və başqaları ifa ediblər.
İkihissəli məhəbbət faciəsi tərtibatı, yeni quruluş və aktyor oyunu ilə diqqəti cəlb edib. Tamaşa saf məhəbbətin qurbanı olan iki gəncin həyatından bəhs edir. Əsərdə iki düşmən nəslin münaqişəsi iki dövrün qarşıdurması (müasir və keçmiş) şəklində qurulub. Maraqlı səhnə həlli, yerində işlənilən musiqi, uğurlu tərtibat tamaşanın bədii keyfiyyətinin əsas qayəsini təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB