Bu gün Kitab Klubunda dövrünün görkəmli ictimai xadimi, xeyriyyəçi və maarifçisi Həmidə Cavanşirin "Xatirələrim" kitabının təqdimatı olub. SİA-nın məlumatına görə, kitab Qadınlar üçün Qlobal Fondun (ABŞ) dəstəyi ilə nəşr olunub. Əsər oxuculara ilk dəfə tam şəkildə təqdim edilib. Kitabın tərcüməçisi Mehriban Vəzir, redaktoru Ədalət Tahirzadədir.
Tədbirdə Kitab Klubunu direktoru Elxan Rzayev əsər haqqında məlumat verib. O bildirib ki, müəllif bu kitabda atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" dərgisi, Qafqaz-İslam Ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dövründə Qarabağın vəziyyəti haqqında geniş məlumat verib: \"Sovet hakimiyyətinin qurulmasından sonra ailənin necə məşəqqətlə Təbrizə köç etməsi, "Molla Nəsrəddin"in Təbrizdə nəşri, Bakıya döndükdən sonra ailənin ağır vəziyyətə düşməsi və digər hadisələr kitabda oxunaqlı dillə təsvir edib\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB