Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin olunub

Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin olunub

Azərbaycanın tanınmış pianoçusu, beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru təyin olunub. SİA-nın məlumatına görə, bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xüsusi əmr imzalayıb. M.Hüseynov noyabrın 28-dən vəzifəsinin icrasına başlayacaq.


Qeyd edək ki, Murad Hüseynovdan öncə Beynəlxalq Muğam Mərkəzinin direktoru sənətşünaslıq namizədi İbrahim Quliyev idi. O, eyni zamanda Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru olub. İbrahim Quliyev Əbülfəs Qarayevin əmri ilə 2009-cu ilin oktyabrında bu vəzifəyə təyin edilmişdi. Lakin İbrahim Quliyev 2010-cu il yanvarın 16-da 51 yaşında dünyasını dəyişdi. O vaxtdan mərkəzə direktor təyinatı olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə