Xan Şuşinskinin 110 illiyinə həsr edilən “Muğamımızın xanı” adlı ədəbi-bədii gecə keçirilib
Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Xan Şuşinskinin anadan olmasının 110 illiyinə həsr edilmiş "Muğamımızın xanı" adlı ədəbi-bədii gecə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən məktəbin direktoru, xalq artisti Teymur Göyçayev Xan Şuşinskinin Azərbaycan muğam sənətinin qorunması, təbliği istiqamətində əvəzsiz xidmətlərindən söz açıb.
Tədbirdə görkəmli muğam ifaçısının yaradıcılığı musiqişünas Aybəniz Məmmədova tərəfindən ətraflı təhlil edilib. A.Məmmədova vurğulayıb ki, Xan Şuşinski yalnız görkəmli xanəndə kimi tanınsa da, onun bir sıra bəstələri bu gün də sevilə-sevilə dinlənilir. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarını Xan Şuşinski bəstələyib.
Tədbirdə sənətkarın həyat yolunu və ifaçılıq məharətini əks etdirən videomateriallar nümayiş olunub.
Ədəbi-bədii gecədə məktəb şagirdlərinin ifasında muğam parçaları və Xan Şuşinskinin bəstələdiyi mahnılar səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB